Rusiya-Türkiyə-İran arasındakı neft ticarətində milli valyutadan istifadə edilməsinə dair qərardan sonra Türkiyə ilə İran ilk addımı atıblar.
Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, hər iki ölkə arasında ilk pul mübadiləsi baş tutub.
Beləliklə, iki ölkənin pul vahidləri ilk dəfə ABŞ dolları və ya avro kimi üçüncü rezerv pul vahidinə ehtiyac olmadan mübadilə edilib.
Qeyd edək ki, İran riyalı və türk lirəsi son zamanlar böyük dəyər itkisi yaşayırdı. İranın Mərkəzi Bankının sözçüsü bildirib ki, bu addım iki ölkə arasındakı ticari və bankçılıq işlərini asanlaşdıracaq.
Gununsesi.info