“Ərdoğanla “Türk axını” barədə ətraflı danışdıq və bu layihəni həyata keçirmək niyyətindəyik” - PUTİN

  • By admin
  • 10 Oktyabr 2016 17:21

erdoga

Rusiya və Türkiyə prezidentləri İstanbulda “Türk axını” layihəsini müzakirə ediblər.

HTML tutorial

Gununsesi.info-nun APA-nın Moskva müxbirinə istinadən verdiyi məlumata görə, bunu İstanbulda keçirilən Ümumdünya Enerji Konqresində çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib.

“Türkiyəli tərəfdaşlarımızla, prezident Ərdoğanla “Türk axını” barədə ətraflı danışdıq. Biz bu layihəni həyata keçirmək niyyətindəyik” – deyə, Rusiya prezidenti söyləyib.

Qeyd edək ki, “Qazprom” şirkəti Türkiyə hökumətindən “Türkiyə axını” layihəsini həyata keçirmək üçün ilkin icazə alıb. Rusiya enerji naziri Aleksandr Novak Ümumdünya Enerji Konqresində Türkiyə ilə “Türk axını” layihəsi ilə bağlı hökumətlərarası müqavilənin imzalanacağına ümid etdiyini bildirib.

Gununsesi.info