Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla xanımı maraqlı addım atıb.
Gununsesiaz.info-nun xəbərinə görə, dövlət başçısı xanımı Əminə Ərdoğanla birlikdə ötən gün saat 21:00-da Kısıklıdakı iqamətgahının balkonundan koronavirus epidemiyasına qarşı fədakarcasına mübarizə aparan tibb işçilərini alqışla dəstəkləyib.
Görüntüləri Ərdoğan öz tvitter mikrobloqunda paylaşıb.
Qeyd edək ki, Türkiyədə koronavirusa yoluxanların sayı 670 nəfərə çatıb, 9 nəfər xəstəlikdən ölüb.
Gununsesiaz.info