Əri ilə dalaşan 32 yaşlı qadın məktub yazaraq itkin düşüb

  • By admin
  • 19 Aprel 2023 10:27

Bakıda 32 yaşlı qadın itkin düşüb.

Gununsesi.info xəbər verir ki, Nizami rayonu, “NZS” qəsəbəsində yaşayan, 1991-ci il təvəllüdlü Xəyalə Şamilova yaşadıqları evdən çıxıb və naməlum istiqamətə gedərək itkin düşüb.

Araşdırmalarla məlum olub ki, qadının həyat yoldaşı ilə aralarında qısqanclıq zəminində mübahisə yaranıb. Bundan sonra qadın kağız parçasına özünü Hövsan qəsəbəsində dənizə atıb intihar edəcəyini yazaraq evi tərk edib və bir daha geri qayıtmayıb.

Hazırda Xəyalə Şamilovanın olduğu yerin müəyyən edilməsi istiqamətində Nizami RPİ-nin 23-cü PB-də axtarış tədbirləri davam etdirilir.

Gununsesi.info