Ərinin sevgilisini videoya çəkən qadın haqda araşdırma başladı

  • By admin
  • 30 Aprel 2019 17:36

Bakıda ərinin məşuqəsinin evinə basqın edən qadınla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.

Gununsesi.org xəbər verir ki, buna səbəb qadının şəxsi həyatının toxunulmazlığı prinsiplərini pozmasıdır. Bildirilir ki, qadının icazəsi olmadan onun barəsində belə rüsvayedici məlumat yaymaq və ya ondan qanunsuz istifadə etmək məsuliyyət deməkdir.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə bununla bağlı video yayılmışdı. Bir qadınla ərinin məşuqəsinin evinə basqın edib. Xəyanətə məruz qalan qadın həmçinin basqını anbaan kameraya çəkib. Onlar bir-birini təhqir ediblər. Hətta qadın həmcinsini fahişə adlandırıb.