
Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan qadın “İnstagram” sosial şəbəkəsindəki şəkillərə tamaşa edərkən tanımadığı bir qadının paylaşdığı foto diqqətini cəlb edib.
Gununsesi.info virtualaz.org-a istinadən xəbər verir ki, qadın həmin şəkli öz səhifəsində yerləşdirdiyi şəkillə tutuşduraraq, mənzərənin tamamilə eyni olduğunu görüb və qərara gəlib ki, həmin şəkil onun yataq otağından çəkilib.
Bundan sonra “xəfiyyə qadın” həyat yoldaşına qısa ismarıc yollayıb: “Nə vaxtdan evimizə fahişə gətirirsən?”
Hadisənin sonluğu barədə mənbə məlumat vermir. Yalnız o məlumdur ki, kişi həyat yoldaşının sualını cavabsız qoyub.
Gununsesi.info