Zaqatala və Gəncədə intihara cəhd hadisəsi baş verib.
Gununsesi.info-nun xəbərinə görə, hadisənin biri Zaqatalanın Azərbaycan prospektində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Müseyib Hüseynov qolunun damarlarını doğrayaraq özünü öldürmək istəyib. O, qan içində xəstəxanaya aparılıb. Ona tibbi yardım göstərilib.
Digər intihara cəhd hadisəsi isə Gəncə şəhərində baş verib. 1988-ci il təvəllüdlü Mehriban Abdullayeva üzərinə neft tökərək özünü yandırıb. O, xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyətinin ağır olduğu bildirilir.
Mehriban Abdullayevanın hadisədən əvvəl həyat yoldaşı ilə mübahisə edərək, intihara cəhd etdiyi bildirilir.
Hər iki faktla bağlı araşdırma aparılır.
Gülnaz Qənbərli
Gununsesi.info