Ərzurumda iki PKK-çı öldürüldü

  • By admin
  • 20 Noyabr 2016 18:10

pkk

 

Türkiyənin Ərzurum vilayətinin Qarayazı rayonunda anti-terror əməliyyatı keçirilib.

Axar.az xəbər verir ki, PKK terrorçuları ilə yaranan qarşıdurmada təşkilatın iki üzvü öldürülüb.

Axtarış zamanı terrorçulara məxsus xeyli silah və hərbi təchizat götürülüb.

Gununsesi.info