Əsəb xəstəliyindən əziyyət çəkən qoca kişi özünü asıb

  • By admin
  • 29 Dekabr 2016 09:50

intihar

Abşeronda ruhi-əsəb xəstəliyindən əziyyət çəkən ahıl kişi özünü asıb.

Gununsesi.info-nun xəbərinə görə, hadisə rayonun Güzdək qəsəbəsində baş verib.

Belə ki, 1942-ci il təvəllüdlü Baloğlanov Əlövsət Gülmalı oğlu yaşadığı evin həyətində özünü asaraq intihar edib.

Ə.Baloğlanovun uzun illərdir ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info