Əsəd hücumun əvəzini çox ağır verəcək – Vitse-prezident

  • By admin
  • 28 Fevral 2020 13:27

“Əsəd və müharibə cinayətkarları kimi tarixə düşəcək rejim ünsürləri İdlibdəki alçaq basqının bədəlini ağır ödəyəcəklər”.

Gununsesi.org-un Türkiyə KİV-lərinə istinadən verdiyi xəbər görə, bu barədə ölkənin vitse-prezidenti Fuat Oktay mətbuata verdiyi yazılı açıqlamada bildirib.

O qeyd edib ki, tarixə müharibə cinayətkarı kimi həkk olunacaq terrorçu dövlət başçısı hücumun əvəzini çox ağır verəcək:

“Allah şəhidlərimizə rəhmət eləsin. Yaralılarımıza şəfa diləyirəm”.

Suriyanın İdlib şəhərində Əsəd rejimi qüvvələri Türkiyə Silahlı Qüvvələrinin əsgərlərinə hücum edib. İndiyədək 33 türk əsgəri şəhid olub, 36 hərbçi yaralanıb.

Gununsesi.org