Əsəd İdlibi bombaladı: 55 ÖLÜ, 220 YARALI

  • By admin
  • 04 Aprel 2017 13:51

unnamed (3)

Əsəd rejiminə məxsus hərbi təyyarə İdlibin cənub çöllüyündə yerləşən Xan Seyhun diyarına vakum bombası atıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda İdlib mülki müdafiə qərargahı məlumat yayıb.

Belə ki, dərhal hadisə yerinə gələn həkimlər yaralılara tibbi yardım göstərməyə başlayıblar.

Həkim Abdülmenam Cəfər “Anadolu” agentliyinə açıqlamasında bildirib ki, hava hücüm zamanı 55 nəfər ölüb, 220 nəfər isə yaralanıb.

Anar
Gununsesi.info