Çində rəsmi səfərdə olan Suriya Prezidenti Bəşər Əsəd Orta Şərq üçün önəmli olan görüş keçirib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, görüş zamanı rəsmi Pekin Əsədə “strateji müttəfiqlik” təklifi edib.
Əsədin Çin səfəri çərçivəsində Suriyanın rəsmi Pekindən sanksiyalara qarşı dəstək axtarışı davaam edir.
Əsədin Pekinə ziyarəti son 19 ildə Suriyadan Çinə ilk yüksək səviyyəli rəsmi səfərdir.
Görüşlə bağlı Çin Prezidenti Ci Pinq infrastrukturu çökən Suriyaya yardım təklif edib:
“Qeyri-sabit, dumanlı beynəlxalq mühit qarşısında Çin dostcasına işbirliyi və qlobal ədalətin qorunması üçün Suriya ilə çalışmağa davam etməyə hazırdır”.
Ci Pinq görüş zamanı Suriyanın kənar müdaxiləyə və təktərəfli zorakılığa qarşı çıxmasını dəstəklədiyi bildirilib.
Bir çox mütəxəssislər Çinin Suriyaya strateji müttəfiqlik təklifini “Orta Şərqdə təsirini artırmaq” kimi izah edirlər.
Tərcümə: Arzu