Əsəd rejimi böyük dövlətlərin bir-birilə toqquşmasını sürətləndirir -POLİTOLOQ

  • By admin
  • 07 Aprel 2017 14:30

elxan sahinoglu

“Bəli, bu hadisə gözlənilən idi. Amerikada prezident seçkisindən sonra Donald Tramp dəfələrlə bəyan etdi ki, beynəlxalq terrorçuluğa qarşı mübarizəni gücləndirəcək”.

Gununsesi.info-nun xəbərinə görə, bu haqda politoloq Elxan Şahinoğlu ABŞ-ın aprelin 6-dan 7-nə keçən gecə Aralıq dənizindəki hərbi gəmilərindən Əsəd ordusuna aid Şayrat aviabazasına raket hücumunu şərh edərkən belə deyib.
E.Şahinoğıu bildirib ki, D.Tramp Obamanı da həmişə tənqid edib: “ Tramp deyirdi ki, Obama cəsarətli addımlar atmadı. Obama hətta Suriyada rejim kimyəvi silahdan istifadə edəndə demişdi ki, “qırmızı cizgini” aşsalar, onları cəzalandıracağam, amma cəzalandırmadı. Suriya rejimi yenə də kimyəvi silahdan istifadə etdi və bu, Trampı hövsələdən çıxardı, nəticədə bombalanma həyata keçirildi. Özü də bu haqda açıqlama vermişdi. Burada Rusiya-Amerika-Türkiyə-Səudiyyə Ərəbistanı-İsrailin maraqlar toqquşması əmələ gəlir. Çox maraqlı situasiya yaranıb. Əsəd rejiminin bazasının bombalanmasından sonra ABŞ-a Türkiyə, Səudiyyə Ərəbistanı, İsraildən dəstək gəlib. Halbuki Türkiyə də, İsrail də sözdə Rusiya ilə tərəfdaşdırlar. Amma bu məsələdə Trampı dəstəklədilər. Rusiyanın özü də çətin vəziyyətə düşüb. Çünki Rusiya Suriyada guya terrorçulara qarşı mübarizə aparır, Əsədə dəstək verir”.
Onun sözlərinə görə, Bəşər Əsəd i öz xalqına qarşı kimyəvi silahdan istifadə etməklə Rusiyanı çox çətin vəziyyətə salır: “Ona görə də Rusiya bu durumdan çıxmaq üçün gərək Əsəd rejiminə qarşı təzyiqini artırsın. Amma fakt ondan ibarətdir ki, Əsəd rejimi bu cür hərəkətlərlə böyük dövlətlərin maraq toqquşmasını sürətləndirir. Düşünürəm ki, bu bombalanma hamıya bir mesaj idi, o cümlədən Rusiyaya da… Yenə də Əsəd rejimi kimyəvi silahdan istifadə etsə, onun hərbi mövqeləri bombalanacaq. Amma bu, o demək deyil ki, artıq Amerika qərar verib və quru qoşunları Suriyaya müdaxilə edəcək. Yəqin bu qərarı vermək üçün Amerika daxilində müzakirələr getməlidir”-, deyə o bildirib.
Gülnaz Qənbərli
Gununsesi.info