Suriyada Bəşər Əsəd rejimi ilə PYD arasında ortaq əməliyyatlarla bağlı razılıq əldə olunub.
Axar.az xəbər verir ki, bu barədə “Yeniakit.com.tr” məlumat əldə edib.
Rejim nümayəndələrinin ortaq əməliyyatlar üçün PKK-nın Suriya qolu PYD-dən Tel Rıfat bölgəsini istədiyi bildirilib.
Belə ki, hökumətin məqsədi Əl Baba cənubdan irəliləyərək Tel Rıfatda türk ordusu ilə ASO-nu sıxışdırmaqdır.
Qeyd edək ki, bundan öncə rejim Haseke və Qamışlını PYD-dən tələb etmişdi.
Gunuunsesi.info