Bayden Ukraynanın - “qələbəsindən” qorxur

Bolton: Bayden Rusiyanın “məğlub olmasını” istəyir, lakin Ukraynanın da “qələbəsindən” qorxur ABŞ prezidenti Co Bayden Rusiyanın “uduzmasını” istəyir, lakin Ukraynanın “qalib olacağından” qorxur.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki , bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton Wall Street Journal üçün yazdığı məqalədə yazıb.

HTML tutorial

Boltonun sözlərinə görə, Amerika lideri ABŞ-ın rəsmi mövqeyinə – “Ukraynanın suverenliyi və ərazi bütövlüyünün bərpasına” inanırsa, “bunu bir daha təsdiqləməli və bunun üçün plan hazırlamalıdır”. “Əgər belə deyilsə, o zaman bunu deməlidir” Bolton deyib.

O, həmçinin Ağ Evin siyasətinin Ukraynanın müdafiəsini dəstəkləməkdən ibarət olduğu, lakin bunun “çox effektli” olması üçün kifayət etmədiyi fikrini ifadə edib.

Keçmiş müşavirin qeyd etdiyi kimi, ABŞ-ın kritik sursatları tükənmək üzrədir və hazırkı təchizat imkanları qeyri-adekvatdır. O, əlavə edib ki, təchizat çatışmazlığı ilk növbədə Kiyevə yardım göstərmək istəməyən təcridçiləri gücləndirir.

Tərcümə:

Adil ELXANOĞLU

Gununsesi.info