“Əsəd Suriyanın idarəetmə formasını dəyişdirmək istəyir” – İngilis mediasından iddia

  • By arzu
  • 16 Sentyabr 2023 16:04

İngilis mediası Suriya lideri Bəşər Əsədlə bağlı yeni iddia ilə çıxış edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, “Elaph” qəzeti Suriya lideri Əsədin ölkəsinin idarəetmə formasını dəyişdirmək istədiyini yazıb.

Yazıda bildirilir ki, Əsəd Suriyanın idarəedilmə şəklini respublikadan Parlamentli Monarxiyaya dəyişdirmək istəyir.

İngiltərə mediasının bu iddiası ölkədə böyük əks-səda doğurub.

Xatırladaq ki, 2011-ci ildən bəri Suriyada başlayan etirazlar sonradan daxili vətəndaş savaşına çevrilmişdi. Nəticədə, milyonlarla adam öz ölkəsini tərk eməli olmuşdu. On minlərlə vətəndaş qətlə yetirilmişdi.

Bəzi ekspertlər ingilis mediasının bu iddiasını Suriyada ərəb icmalarının PYD terrorçularına qarşı başlatdığı hərbi əməliyyatlardan sonra yaranan milli ruhun güclənməsinə qarşı psixoloji addım və yaşanan qəzəbin Əsədə yönəldilməsi üçün həmlə olaraq qiymətləndirib.

 

Tərcümə: Arzu

Gununsesi.info