Əsəddən növbəti qanlı təxribat

  • By admin
  • 01 Avqust 2017 20:25

suriya-qiyamet
Bəşər Əsədə sadiq qüvvələrin paytaxt Dəməşqin Ayn Terma bölgəsinə təşkil etdiyi hərbi hücum nəticəsində 4 dinc sakin həlak olub, 6-sı isə yaralanıb.

Axar.az xəbər verir ki, silahlı birləşmələrin sözügedən bölgəyə 12 raket atdığı bildirilib.

Hücum nəticəsində xeyli evin də zərər gördüyü açıqlanıb.

Qeyd edək ki, Ayn Terma Suriyada təhlükəsiz bölgə elan edilən zonalar sırasındadır.

Gununsesi.info