Əsəddən Putinə jest: Bütün ali məktəblərdə...

  • By admin
  • 21 Aprel 2017 22:31

putin-esed

 

Suriya ölkənin bütün universitetlərində rus dili kafedları açıb.

Axar.az xəbər verir ki, bunu Suriyanın Moskvadakı səfiri Riyad Həddad Rusiya Federasiya Şurasında çıxışı zamanı deyib.

“Suriyanın Moskvadakı səfirliyinə göstərdiyi səyə və Prezident Bəşər Əsədə verdiyi razılığa görə təşəkkür edirəm. Artıq rus dili Suriya məktəblərində ikinci dil olub. Məktəblərdə 7-ci sinifdən rus dili tədris olunur. Hətta prezidentin uşaqları da rus dilini öyrənir”, – səfir bildirib.

 

Gununsesi.info