Əsədin İspaniyadakı mülkiyyətinə həbs qoyulub

  • By admin
  • 04 Aprel 2017 16:02

4992744525b7f7f13d941381728127_esed
Bəşər Əsəd ailəsinə qarşı İspaniya Ali Məhkəməsi “çirkli pulların yuyulması” ittihamı ilə iddia qaldırıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bundan başqa İspaniya Ali Məhkəməsi Suriya prezidenti Bəşər Əsəd və ailəsinin İspaniyada olan 691 milyon avro dəyərindəki mülkiyyətinə də həbs qoyub.

Eyni zamanda İspaniya Ali Məhkəməsi tərəfindən Bəşər Əsəd ailəsinə qarşı rüşvət və korrupsiya ittihamı ilə cinayət işi açılıb.

Anar
Gununsesi.info