Əsədin söz haqqı olmayacaq

  • By admin
  • 29 Dekabr 2016 21:00

suriya

 

Heç bir qruplaşma Suriya hökuməti ilə müxalifəti arasında imzalanan və Rusiya ilə Türkiyə tərəfindən dəstəklənən atəşkəs razılığından kənarda saxlanılmayıb.

Gununsesi.info xəbər verir ki, bu sözləri Azad Suriya Ordusunun (ASO) adı açıqlanmayan sözçüsü deyib.

O müxalifətin atəşkəsə riayət edəcəyini və Ankara ilə Moskvanın qarant rolunu oynadığı görüşlərdə iştirak edəcəyini açıqlayıb:

“Siyasi həll yolu ilə bağlı keçirilən görüşlər Cenevrə protokoluna uyğun davam edəcək. Bəşər Əsədin Suriyanın gələcəyi ilə bağlı söz haqqı olmayacaq”.

Gununsesi.info