Əsədovlar da ABŞ-da mülk sahibi olub – Azərbaycanlı məmur Nyu-Yorkda dəbdəbəli malikanə alıb + FOTO FAKT+SƏNƏD

  • By arzu
  • 23 İyun 2020 15:57
Tanınmış araşdırmaçı-jurnalist Cavanşır Həsənli daha bir azərbaycanlı məmurun bahalı əmlakını üzə çıxarıb. Jurnalistin sənədləri və foto faktlarını paylaşdığı əmak sahibi parlamentin keçmiş deputatı və spikeri Oqtay Əsədovdur.
Gununsesi.org jurnalistin həmin yazısını sizə təqdim edir:
“Milli Məclisin keçmiş spikeri, deputat Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədova 2009-cu ilin martında Nyu-Yorkun Linkoln meydanı ətrafında (Adagio Condominium) dəyəri 1.825.000 dollar olan ikiotaqlı mənzili (2017-ci ildə mənzilin bazar qiyməti 3.5 milyon dollara qədər artıb) almaq barədə Douglas Elliman Real Estate əmlak şirkəti ilə razılaşma əldə edib.
Müqaviləyə görə Oqtay Əsədovun Bakı şəhəri, Xəqani küçəsi 25-də qeydiyyatda olan xanımı Zemfira Adil qızı Əsədova Nyu-York, Manhatten, 243 W 60th St APT 3B ünvanındakı mənzil üçün məbləğin ilkin 182.500 dollarını onu imzalayarkən, qalan 1.642.500 dollarını isə əmlakın alıcının adına keçirilməsindən sonra ödəməli idi. Vəsait JPMorgan Chase Bank üzərindən Belkin Burden Wenig & Goldman, LLP-nin hesabına ödəniləcəkdi.
Lakin müqavilə hazırlansa da, bəlli olmayan səbəblərdən Əsədovlar mənzili son anda almaqdan imtina ediblər və mənzil həmin ilin avqustunda həmin qiymətə başqa bir şəxsə satılıb.
Bununla belə Əsədovlar ölkə xaricində bahalı mülk almaq sevdasından vaz keçməyiblər və bir müddət sonra keçmiş spikerin ailəsi bu istəklərini Türkiyədə reallaşdırıb.
Qeyd edək ki, bundan öncə də, parlamentin keçmiş spikeri Oqtay Əsədovun Rusiyada və Azərbaycanda çoxlu sayda əmlaklara sahib olması haqqında xəbərlər yazılmışdı.

Gununsesi.org