

Əsas məqsədimiz Xocalı soyqırımı törədənlərin hüquqi müstəvidə cəzalandırılmasına nail olmaqdır.
Gununsesi.info xəbər verir ki, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov deyib.
Milli Məclisdə (MM) Şəhidlər Xiyabanında Xocalı soyqrımı ilə bağlı abidənin ucaldılmasına mövqe bildirən baş nazirin müavini jurnalistlərə açıqlamasında deyib ki, qaldırılan təklif müsbət qarşılanır:
“Anacaq bizim ən əsas məqsədimiz bu soyqırımı törədənlərin hüquqi müstəvidə cəzalandırılmasıdır”.
Onun sözlərinə görə, Qarabağ müharibəsi şəhidlərinin ailələrinin, bu müharibə nəticəsində ziyan çəkən insanların hər birinin həyat şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan dövləti imkan daxilində lazım olan bütün addımları atır:
“Xocalı soyqırımı nəticəsində evsiz-eşiksiz qalan insanlara da lazım olan bütün köməkliklər göstərilir. Güman edirəm ki, bütün lazımi tədbirlər görülüb”.
Mürtəza
Gununsesi.info