Əsas vəzifəm iki ölkə arasındakı zəif sahələri inkişaf etdirməkdir - ROBERT SEKUTA

  • By admin
  • 02 Fevral 2018 15:26

“Azərbaycan xalqı daim nəsə öyrənməyə maraqlıdır”.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta İllik Gənclər Forumunda çıxışı zamanı deyib.

Səfir qeyd edib ki, Azərbaycanda gənclərin nəyisə yaratmaq arzusu müşahidə edilir: “Bir çox gənc ingilis dilini öyrənməkdə maraqlıdır. Formula 1 oyunları ərzində könüllülərin əldə etdiyi səriştələr onların yolunda yeni imkanlar açacaq”.

“ABŞ təmsilçisi olaraq əsas vəzifəm iki ölkə arasındakı zəif sahələri müəyyən edərək daha da inkişaf etdirilməsinə kömək etməkdir”, – deyə səfir əlavə edib.

Gununsesi.info