“Əsgər Ailəsi” Cəmiyyətinin adı və profili dəyişib

  • By admin
  • 15 Avqust 2017 11:42

18034306_643807889148145_1753900625038779056_n

“Əsgər Ailəsi Cəmiyyəti” Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçib.

Gununsesi.info-ya bu haqda məlumat verən İB-in sədri Roza Əliqızı Ayın sözlərinə görə, bu gündən etibarən “Əsgər Ailəsi Cəmiyyəti” Vətənpərvərliyin Təbliği İctimai Birliyi adı ilə fəaliyyət göstərəcək.

Qeyd edək ki, “Əsgər Ailəsi Cəmiyyəti 1992-ci ildə Qarabağ Müharibəsi zamanı təsis edilib. İndiyədək cəmiyyət xeyriyyə işləriylə məşğul olub.

Bu gündən etibarən isə İctimai Birlik eyni zamanda vətənpərvərliyin təbliği istjiqamətində fəaliyyətini  da avam etdirəcək.

Gülnaz Qənbərli

Gununsesi.info