Əsgər avtomatdan açılan atəş nəticəsində ölüb

  • By admin
  • 24 Oktyabr 2022 19:16

Azərbaycan Ordusunun hərbi qulluqçusu dünyasını dəyişib.

Bu barədə Hərbi  Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, oktyabrın 24-ü saat 11 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər 1999-cu il təvəllüdlü Kazımov Mayıl Ramiq oğlunun ona təhkim edilmiş avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info