
Əsgər getməyə hazırlaşan 18 yaşlı Şirvan sakini bədbəxt hadisə nəticəsində ölüb.
Gününsəsi.info xəbər verir ki, gənc oğlan avtoyuma məntəqəsində avtomobillə divar arasında sıxılaraq ölüb.Dekabrın 4-də Şirvan sakini, 1998-ci il təvəllüdlü Kazımov Fuad Tələt oğlu avtoyuma məntəqəsində avtomobillə divar arasında sıxılaraq ağır xəsarət alıb. Ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasında əməliyyat olunan gənc bu gün səhər saatlarında aldığı xəsarətlərdən reanimasiya şöbəsində ölüb. Hazırda meyit müayinə olunmaq üçün Şirvan Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya mərkəzinə gətirilib.
Faktla bağlı araşdırma aparılır.
Gününsəsi.info