Əsgər valideynlərinin NƏZƏRİNƏ: SABAH…

Müdafiə nazirinin tapşırığına əsasən, avqustun 8-də Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçiriləcək.

Gununsesi.info bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

HTML tutorial

Mərasimlər Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayacaq. Sonra gənc əsgərlər təntənəli surətdə Vətənə sədaqət andı qəbul edəcəklər.

Yekunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçəcək.

Xüsusi karantin rejimi qaydalarının tələbləri nəzərə alınmaqla andiçmə mərasiminin, eləcə də gənc əsgərlərin sosial məişət şəraitinin işıqlandırılması, hərbi qulluqçulardan müsahibələrin alınması və ilk dəfə olaraq gənc əsgərlərin ailələri ilə (onlayn formatda) videogörüntülü əlaqə qurmaları üçün şərait yaradılacaq.

Gununsesi.info