Dövlət Sərhəd Xidmətinin Naxçıvandakı hərbi hissəsində xidmət edən Kənan Bəkiyev odlu silahdan atəş açaraq intihar etməsi faktı üzrə məhkəmə prosesi başa çatıb.
Mərhum hərbçimizin ailə üzvlərinin Gununsesi.info-ya verdiyi məlumata görə, istintaq çərçivəsində həbs edilmiş Kənan Bəkiyevin komandiri Tofiq Məmmədov barəsində məhkəmənin hökmü elan olunub.
Hökmə əsasən Tofiq Məmmədov 6 il 8 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Qeyd edək ki, hərbçimizin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanmışdı.
İstintaq nəticəsində Tofiq Məmmədovun digər əsgərləri də döyməsi faktı aşkarlanıb.
Şəbnəm
Gununsesi.info