Vətən müharibəsinin gedişatında əsir düşən əsgərimizə işgəncə verən erməni terrorçunun özü Ordumuz tərəfindən əsir götürülüb.
Bu barədə məlumat Teleqramda və digər sosial şəbəkələrdə görüntülər yayılıb.
Belə ki, yayılan videolarda noyabrın 10-da Şuşakənd yaxınlığında 2 əsgərimizin əsir götürülməsində iştirak edən erməni əsgərinin bir neçə gün əvvəl meşədə gizlənən terrorçulara qarşı DTX-nın apardığı əməliyyat zamanı əsir götürüldüyü əks olunub.