Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində bir hərbi qulluqçunun digərinə zor tətbiq etməsini əks etdirən videogörüntülərlə bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma aparılır.
Bu barədə Gununsesi.info-ya Azərbaycan Respublikası Hərbi Prokurorunun böyük köməkçisi-Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib.
Onun sözlərinə görə, qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcəkdir.
Qeyd edək ki, sosial şəbəkələrdə hərbi qulluqçulardan birinin digəri tərəfindən zorakılığa məruz qalması barədə video yayılıb.
Günay
Gununsesi.info