
HƏMAS-ın əsirliyində saxlanılan israillilərin qohumları parlamentin (Knesset) maliyyə komitəsinin Qərbi Qüdsdə keçirilən iclasına basqın edib. Etirazçılar deputatlardan Fələstin anklavında qalan yaxınlarının azad edilməsi üçün təcili tədbirlər görmələrini tələb ediblər.
Gununsesi.info xəbər verir ki, internetdə yayılan görüntülərdə məhbusların qohumlarının qışqıraraq və əllərində plakatlar tutaraq parlamentin auditoriyasına mühafizəçiləri necə yardıqları görünür.
Bir çoxları üzərində “Onları (məhbusları) qaytarın” sözləri yazılmış köynəklər geyiniblər. Etirazçılar deputatlardan HƏMAS ilə əsirlərin mübadiləsinə dair yeni saziş üzərində işə başlamağı tələb ediblər.
İsrail ordusunun məlumatına görə, Qəzza zolağında 136 israilli məhbus var.
Məhkumların yaxınları da İsrailin baş naziri Binyamin Netanyahunun Qərbi Qüdsdəki evində aksiya keçirərək məhbusların azad edilməsi üçün tədbirlərin görülməsini tələb ediblər.
Onlar hökuməti ictimai təhlükəsizliyi təmin etməməkdə ittiham edirlər.
https://www.youtube.com/watch?v=41PFO_KHHAs
Gununsesi.info