Əski sevgililər Bozla Enver “Kardeşim benim-2”-də də rol alacaqlarmı?

  • By admin
  • 27 May 2017 21:35
kardesim benim
Xəbər verildiyi ki, iyul ayında “Kardeşim benim-2”-nin hazırlıqlarına başlanılacaq.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, ancaq “Kardeşim benim”-də baş rollara çəkilən və sonradan sevgili olan tanınmış sənətçilər-müğənni Murat Bozla dizi oyunçusu Aslı Enverin filmin davamında, daha doğrusu, “Kardeşim benim-2”-də yer alacaqları sual altındadır.
Belə ki, yaxın zamanlarda evlənmələri gözlənilən Boz-Enver cütlüyü arasında tanınmış müğənninin Bahar Candanla görüntülənməsi (bir evdə qalması) səbəbindən gərginlik yaşanıb və onlar evlənmədən, ayrılmaq qərarı veriblər.
Bu səbəbdən onların ikisinin də yenidən adıçəkilən filmdə yer alıb-almayacağı məlum deyil, bu məsələ sirr olaraq qalmaqdadır.
“Kardeşim benim-2”-də rol alacaq ünlü oyunçu Burak Özcivit də bu məsələyə aydınlıq gətirməkdən yayınıb.
O, sadəcə, “Onunla bağlı indidən bir söz söyləməm düzgün olmaz”, deyib.
KAMİL
Gununsesi.info