Əşrəf dayının Lomu -AFƏT TELMANQIZI YAZIR

  • By admin
  • 11 Oktyabr 2016 13:28

Afet Telman

Bir qonşumuz var idi. Tikintidə qazıntıda işləyirdi. Çörək ağacı da bir dəmir parcası idi. El arasında lom deyilən dəmir parçası, kiməsə lazım olanda onun qapısını döyərdi. O da həyətinin ən hörmətli yerində saxlayıb, göz bəbəyi kimi qoruduğu lomunu qonşulardan əsirgəməzdi. Bakının məşhur Papanin deyilən məhəlləsində o zaman da elə indi də heç kimin ağlına gəlməzdi ki, gün gələcək Əşrəf dayının lomu bəzi ailələrin çörək ağacı yox, qan çubuğu olacaq. Təəssüf ki, bu gün Əşrəf dayının dəmir parçası öz təyinatını itirib. Bu silahla törədilən qətl xəbərlərinin ardı- arası kəsilmır. Dəmir parçası neçə-neçə qadının, həm də ananın, həm də övladın, həm də bacının əcəl çubuğu oldu.

HTML tutorial

Bir gün əvvəl Masazır qəsəbəsində Sadiq adlı həyat yoldaşını dəmir parçası (lomla) çoxsaylı xəsarətlər yetirərək xüsusi amansızlıqla qətlə yetirib. Dəmir parçasını əlinə silah kimi alan, insanlığa sığmayan hərəkətlər edən birisi 40 günlük körpəni anasız qoyur. Lomla törədilən qətllərin sorağı, tək paytaxtdan deyil, bölgələrdən də gəlir. Neftçalada Vurğun adlı biri həyat yoldaşı Mədinəni dəmir parçası ilə döyüb öldürüb. Xaçmazda da eyni hadisə təkrarlanıb. Bir sözlə, adını kişi qoyub, gücünü qadına göstərənlərin müasir silahına dönüb dəmir parçaları. Qəddarlaşan, vəhşiləşənlər kiminsə ciyər parasını əllərindəki dəmir parçaları ilə parçalayırlar. Bunun isə hesabı var. Hesab isə cəzaçəkmə yerlərində bir neçə il cəza alıb çıxmaq deyil. Onlar silahları ilə o dünyada qarşılaşacaqlar və can aldıqları dəmirlər onların cansız bədənlərininyox, həm də ruhlarını parçalayacaq. Qonşum Əşrəf dayı isə indi haqq dünyasındadır. Əşrəf dayının lomunun isə yəqin ki, o dünyada yeri bir başqadır.

Afət Telmanqızı