Ona həm də əsrimizin Zeynalabdin Tağıyevi deyirlər… Söhbət Mübariz Mənsimovdan gedir. Bu gün onun ad günüdür!
Türkiyədə yaşayan azərbaycanlı iş adamı. Adından çox söz etdirib. Mənsimovun soyadını ilk dəfə türk mətbuatından oxudum. Və elə qiyabi tanışlığım da burdan başladı. İlk dəfədir ki, Heydər Əliyevdən sonra bir azərbaycanlı haqqında xəbər eşidirdim. Özü də müsbət bir xəbər. Azərbaycanlı iş adamı Türkiyədə böyük yatırımları, nəhəng gəmiləri ilə gündəmə gəlmişdi. Mərkəzi ofisini İstanbula yerləşdirən Mənsimov lüks həyatı, xeyirxahlığı və yeni yatırımları ilə diqqət çəkməyə başladı.
9 uşaqlı bir ailənin üzvü olan “Palmali” patronu 1968-ci il martın 22-də Bakıda anadan olub. Atasının istəyi ilə Bakıda hərbi məktəbi bitirib. Və ali təhsilə də yiyələnib, Mənsimov 3 il ərzində daxili kəşfiyyat sahəsinin sirlərini öyrənib. Davamı məlumdur, 1 gəmi ilə “Palmali” patronu İstanbula və daha sonra dünya sularına açıldı. Və bununla da dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri oldu. Nəhəng gəmilərinə Azərbaycanın tanınmış xadimləri və qəhrəmanlarının adını verdi. Mən bildiyim incəsənət xadimlərimizi, tanınmışlarımızı müalicə etdirib. Hər il ürəyindən əziyyət çəkən neçə körpəni yenidən həyata qaytarıb. Bir qoca nənənin Mübariz Mənsimovun otelinin restoranına gəlməsi hekayəsi də hamıya tanışdı.
“Forbes” jurnalının araşdırmasında Mənsimov dünya zənginlərinin arasına daxil oldu. Təbii bunları görmək bir həmvətənli olaraq qürürverici idi. Ermənilərə anti-simpatiyasını gizlətməyən, qardaş ölkədə ermənilərə nifrəti ilə tanınan Mənsimovun ‘’Ermənilər faşist və terrorçudur. Yaxşısı və pisi ilə də əlaqəm olmaz!” deyərək Türkiyənin ən böyük mediya qruluşu olan “Hürriyet”dən səslənmişdi. Milli qəhrəmanımız Mübariz İbrahimovun cəsədi düşmənin əlində olarkən isə “Səbrimizlə oynamasınlar” deyə bəyanat vermişdi. Bunları təkrarlamağa bir səbəbim var. Sizin bildikləriniz bəlkə də mənim oxuduqlarımdan da çoxdur. Amma uzatmadan bunu yazım, Mübariz Mənsimov nə Şakira, nə də Trampla gündəmə gəldi. Azərbaycanın tarixi liderlərinin, ziyalı və milli qəhrəmanlarının adını nəhəng gəmilərə verib dünya sularında tanıdarak, dünyada 5 dənizçilik şirkətindən biri olaraq, Azərbaycanın milli brendini – “Pal Süd”ü yaradaraq, “Xəzər Lənkaran”lı olaraq, Azərbaycan bayrağını hər yerdə ucaldaraq, layiqli bir vətəndaş olaraq Vətənini sevərək gəldi gündəmə. Sadəcə Mübariz olaraq tanındı! “Mən əsgər olmuşam və hələ də formam dolabda durur. Müharibə olsa mən də formamı geyib savaşa gedərəm’’ deyən Mübariz ruhlu Mübariz doğum günün mübarək olsun!
Gununsesi.info
Elmar Elnuroğlu