Ətyeyən dinozavrların yeni növü tapılıb

  • By admin
  • 18 İyul 2016 10:10

dinazaor

 

 

Argentinada ön ayaqları qısa olan yeni bir ətyeyən dinozavr növü kǝşf edilib. Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, beynəlxalq araşdırmaçı qrupun araşdırmalarına görǝ, tiranozorlarla yaxın qohum olmayan və “Gualicho Shinya” adlanan yeni növün uzunluğu 7,6 metr, çǝkisi isǝ təxminən bir tondur.

Yeni növün 90 milyon il əvvəl Patagoniyanın şimalında yaşadığı, tiranozorlar kimi ön ayaqları qısa, arxa ayaqları uzun bir dinozavr növü olduğu bildirilir.

Tədqiqatçılardan Peter Makoviç “Gualicho Shinya” ni “mozaika dinozavr növü” kimi xarakterizə edib.

 

Xəyalə Xanəziz