Əvəz Zeynallının həbsindən 1 il ötür

  • By admin
  • 10 Sentyabr 2023 11:10

Bu gün Xural TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallının həbsindən 1 il ötür.

 

Gununsesi.info xatırladır ki, Baş Prokurorluq tərəfindən həbs edilən jurnalistə ağır ittihamlara məruz qalıb.

Jurnalistin həyat yoldaşı Məlahət Zeynallı Gununsesi.info-ya verdiyi açıqlamasında bildirib ki, məhkəmə prosesində Əvəz Zeynallıya qarşı ittihamlar təsdiqini tapmır: “İrəli sürülən ittihamların heç biri sübut olunmasa da , hazırladıqları saxta şahidlər məhkəməyə gəlməsə də Əvəz Zeynallı həbsdə saxlanılır”.

 

Məlahət xanım onu da bildirib ki, məhkəmə çıxışlarında Əvəz Zeynallı həbsinin qurama olduğunu isbat edib.

Xatırladaq ki, bir sıra beynəlxalq insan haqları təşkilatları hökumətdən baş redaktorun  həbsdən azad edilməsini stəyib.

Şəbnəm

Gununsesi.info