Əvvəl arvadını, sonra özünü güllələyib öldürdü

Abşeron rayonunun Xırdalan şəhəri ərazisindəki evlərin birində 61 yaşlı Xəlifə Sərkərovun odlu silahdan atəş açaraq arvadı 56 yaşlı Gülnarə Sərkərovanı öldürməsi və daha sonra həmin silahla intihar etməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, ilkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib.

Polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.

Araşdırma aparılır.

 

Gununsesi.info