

Bələdiyyədə çalışan sevgilisi Muradiyəni bir otağa salıb güllələdi, dah sonra isə öz canına qəsd etdi.
Gununsesi.info “haberler”-ə istinadən xəbər verir ki, hadisə Türkiyənin Esenyurt Bələdiyyəsinin binasında baş verib. Belə ki, bu gün səhər saatlarında bələdiyyənin xidməti binasına adı hələ də açıqlanmayan bir şəxs güllə ilə gəlib və ətrafdakıları qorxudub. Daha sonra bələdiyyədə çalışdığı segilisi Muradiyə Bektaşı ayrı bir otağa salaraq qapını bağlayıb. Burada sevgilisini öldürən şəxs daha sonra özünə qəsd edib.
Hadisə yerinə polis və təcili tibbi yardım gəlib. Hadisənin təfərrüatı araşdırılır.
Gununsesi.info