Əvvəl təhqir etdi, sonra üzr istədi, birgə şəkil çəkdirdi

  • By admin
  • 07 Sentyabr 2016 23:04

43ecb49fe7dc8b09ed54f0d4cfe865fb

ABŞ prezidenti Barak Obama Laosda filippinli həmkarı Rodriqo Duterte ilə görüşüb.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, bu barədə Reuters agentliyi xəbər yayıb.  Xəbərə görə, ABŞ və Filippinin dövlət başçıları ABŞ-ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) sammitində iştirak edirlər.

Bundan əvvəl Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Ned Prays görüşün baş tutmayacağını bildirmişdi.

Çində keçirilən “G-20” sammitində Obama Filippində insanların məhkəmənin qərarı olmadan ölüm cəzasına məhkum edilmə hallarını pisləmişdi. Buna cavab olaraq Filippin prezidenti Barak Obamanın ünvanına təhqiramiz ifadələr işlədib, sonra isə üzr istəmişdi.

Gununsesi.info