
“Əvvəlki illərin məzunları bir neçə ildən sonra qəbul imtahanında iştirak etmək istəyirlərsə, öz biliklərini təkmilləşdirməlidirlər. Gələcəkdə ali məktəblərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları cari ilin məzunları kimi iki mərhələli – buraxılış və qəbul imtahanlarında iştirak etməlidirlər”.
Gununsesi.info xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, əvvəlki illərin məzunları qəbul imtahanlarında iştirak edəcəkləri təqdirdə həmin ilin tədris proqramları ilə tanış olmalıdırlar.
DİM sədrinin sözlərinə görə, bir neçə ildən sonra buraxılış imtahanlarının nəticələrinin ən azı 2 il qüvvədə qalması planlaşdırılır.
Gununsesi.info