Əvvəllər məhkum olunmuş şəxsdən marixuana götürülüb

  • By admin
  • 12 Avqust 2017 13:54

marixuana

Mingəçevir şəhər sakinindən 4 kiloqram 105 qram marixuana götürülüb.

Gununsesi.info Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Şəki şəhər-rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Tural Qədirovdan 4 kiloqram 105 qram marixuana götürülüb.

Ətrafında aparılan tədbirlərlə onun Aydınbulaq kəndi ərazisindəki meşə zolağında kultivasiya yolu ilə yetişdirdiyi 17 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.

Anar

Gununsesi.info