“Əvvəllər terrorizm fərdlərə qarşı yönəlirdisə, indi dövlətə, əhaliyə qarşı yönəlib” - KOMİTƏ SƏDRİ

  • By admin
  • 13 İyun 2017 13:15

milli-meclis-6

“Terrorizm anlayışının düzgün açıqlaması verilməyib. Hesab edirəm ki, BMT bununla bağlı ayrıca konvensiya qəbul etməlidir”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanununda dəyişikliklər edilməsi barədə müzakirə zamanı bildirib. O qeyd edib ki, Azərbaycan prezidenti bununla bağlı bir neçə il öncə məsələ qaldırıb.

Deputat indi terrorizmin hədəflərinin dəyişdiyini bildirib: “Əvvəllər terrorizm fərdlərə qarşı yönəlirdisə, indi dövlətə, əhaliyə qarşı yönəlib. Məsələn, vaxtilə “Asala” Türkiyə diplomatlarını hədəf seçirdisə, indi uşaq bağçaları hədəf seçilir”.

Deputat əlavə edib ki, İranda törədilən son terraktlar göstərdi ki, bu parlamentə qarşı yönəldilib.

Digər deputat Elman Nəsirov isə bildirib ki, BMT “beynəlxalq terrorizm nədir?” sualına hələ də cavab tapmayıb. Onun sözlərinə görə, geopolitik maraqlar ön plana keçəndə terrorizmə qarşı mübarizə üsulları məhdudlaşır: “İran kimi təhlükəsizliyə xüsusi diqqət yetirən dövlətdə baş verən son hadisələr göstərdi ki, heç bir dövlət terrordan sığortalanmayıb”.

Deputat qeyd edib ki, beynəlxalq birlik geosiyasi maraqları kənara qoyub terrorizmə qarşı mübarizə aparmalıdır: ”Fransada dünya liderləri əl-ələ tutub terrora etiraz edirsə, lakin dünyanın digər ölkələrində analoji hadisə baş vermirsə, terror qarşı mübarizə üsulları məhdudlaşır”.

Mürtəza

Gununsesi.info