
Jurnalist Əzizə İsmayılova radio “Antenn” 101 FM-lə yollarını ayırıb.
Gununsesi.info xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında məlumat verib.
“Radiolarda mövsümün başladığı bir vaxtda mən bitirdim! 2 gün əvvəl radio “Antenn”lə yollarımı ayırdım. Ərizəmi yazdım. Artıq “Azadlıq 189″ ünvanında mən yoxam və olmayacam. Heç vaxt inanmazdım ki, 12 il canla-başla işlədiyim sevimli işimin başına dönməkdən öz istəyimlə İMTİNA edə bilərəm… Səbəblər çoxdur. Hələlik, tək bircə şey deyə bilərəm: bu qərarı vermək mənim üçün nə qədər çətin idisə, iki, o qədər də qaçılmaz idi. Eks antennçilər məni yaxşı başa düşər.
Hər işdə bir xeyir var, deyiblər. Hər şeyin xeyirlisi!… Ömrümə xoş gəldin, SENTYABR!” – Ə.İsmayılova qeyd edib.
Gununsesi.info