Səbail Rayon Məhkəməsi tərəfindən barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilən “Kanal 13” Tv -nin rəhbəri Əziz Orucov 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
Bu barədə Gununsesi.info-ya onun vəkili Bəhruz Bayramov bildirib.
Bəhruz Bayramovun sözlərinə görə, Əziz Orucovun müdafiəsinə daha bir vəkil qoşulub:
“Tanınmış vəkillər Fəxrəddin Mehdiyev və Aqil Layic də Əziz Orucovun hüquqlarının müdafiəsində iştirak edəcək”.
Qeyd edək ki, Əziz Orucov Cinayət Məcəlləsinin 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə ittiham olunur. Jurnalist ittihamı qəbul etmir və həbsini öz peşə fəaliyyəti ilə əlaqələndirir.
Gununsesi.info