Əziz Orucovun ailəsi hüquq müdafiəçilərinə müraciət etdi

  • By admin
  • 30 Noyabr 2023 16:38

“Kanal 13” İnternet televiziyasının rəhbəri, həbs edilmiş Əziz Orucovun ailəsi onunla bağlı Azərbaycan Hüquq-Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvlərinə müraciət edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Monitorinq Qrupu məlumat yayıb.
Bildirilir ki, Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı və Çingiz Qənizadə Orucovun anası və xanımı Almaz Həsənova ilə Lamiyə Orucovanın şikayətlərini dinləyiblər.
Qərara alınıb ki, Əziz Orucovun işi Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun nəzarətinə götürülsün. Bu işlə bağlı hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşmək üçün də müraciət ediləcəyi qeyd olunub.
Noyabrın 27-də polis Səbail Rayon Məhkəməsinin qərarıyla Əziz Orucovun evində və ofisində axtarış aparıb. Vəkil Bəhruz Bayramovun sözlərinə görə, Ə.Orucov torpaq sahəsinə mülkiyyət və istifadə hüququ olmadan icazəsiz ev tikməkdə ittiham olunub. Noyabrın 28-də məhkəmə onu 2 ay müddətinə həbs edib.
Gununsesi.info