Əziz Seyidov Ali Məhkəmə hakimi seçildi

  • By admin
  • 25 Aprel 2017 12:54

1493110259-2973

Ali Məhkəməyə yeni hakim seçilib.  

Gununsesi.info xəbər verir ki,  layihə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Bu haqda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.  O qeyd edib ki,  Əziz Seyidovun Ali Məhkəmənin hakimi seçilməsi üçün namizədliyi irəli sürülüb.

Layihə səsverməyə çıxarılaraq təsdiq edilib.

Qeyd edək ki, Ə.Seyidov 2007-ci ilin aprel ayından Bakı Şəhər Prokuroru vəzifəsində çalışır.

Gununsesi.info