Сənubi  Koreya yeni ballistik raketi sınaqdan keçirib

  • By admin
  • 06 Aprel 2017 07:14

ballistik raket

Сənubi  Koreya yeni uzun radiuslu ballistik raketi uğurla sınaqdan keçirib.

Gununsesi.info-nun ntv.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə Cənubi Koreya Respublikasının Müdafiə Nazirliyindən bildirilib ki, “Xyonmu” tipli yeni ballistik raket 800 kilometrə qədər olan hədəfi dəqiqliklə vurmaq qabiliyyətinə malikdir.

İnformasiyada həmçinin, qeyd olunur ki, yeni ballistik raket Şimali Koreyanın istənilən nöqtəsinə zərbə endirməyə qadirdir. O da bildirilir ki, sınaqda Cənubi Koreyanın müdafiə naziri Xan Min Qu iştirak edib.

Gununsesi.info