​ Daha bir futbolçu “Neftçi”ni tərk etdi

  • By admin
  • 06 Avqust 2016 13:29

neftci

 

Paytaxt klubu Elşən Rzazadə ilə yollarını ayırıb. Əsas heyətə düşməkdə çətinlik çəkən gənc futbolçu komandadan getməyi qərara alıb. Onun karyerasına harada davam etdirəcəyi hələ məlum deyil.

Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi yanvar ayında “Xəzər Lənkəran”dan “Neftçi”yə transfer olmuşdu.

Gununsesi.info