​Almaniyanın XİN başçısı: “Avropa üçün kədərli gündür”

  • By admin
  • 24 İyun 2016 11:56

Frank-Valterr Sthaynmayer

 

HTML tutorial

“Avropa və Böyük Britaniya üçün kədərli gündür”. Gununsesi.info xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Britaniyanın Avropa İttifaqından çıxıb-çıxmaması ilə bağlı keçirilən referendumun nəticələrini dəyərləndirərkən bildirib.

Almaniya kanslerinin müavini Ziqmar Qabriel isə “twitter” səhifəsində yazıb: “Lənət şeytana! Avropa üçün pis gündür”.

Referendumun nəticələrini dəyərləndirən Finlandiyanın keçmiş baş naziri Aleksandr Stubb deyib:  “Lütfən, mənə yatdığımı və pis yuxu gördüyümü deyin!”.

Qeyd edək ki, referendumun nəticələrinə görə, seçicilərin 52 faizi Britaniyanın Avropa İttifaqından çıxmasına, 48 faizi isə qalmasına səs verib. (Report, BBC)