Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında iştirak edən 3 idmançı dopinqə görə cəzalandırılıb.
Gununsesi.info-nun məlumatına görə, Beynəlxalq İdman Arbitraj Məhkəməsinin (CAS) qərarına əsasən onlardan ikisi yarışlardan kənarlaşdırılıb, birinin isə akreditasiyası müvəqqəti olaraq ləğv edilib.
94 kq çəkidə mübarizə aparan 27 yaşlı polşalı ağır atlet Tomaş Zielinskinin dopinq testində istifadəsi qadağan olunan “Norandrosterone” preparatı aşkarlanıb.
Qadınlar arasında 3000 metr məsafəyə maneələrlə qaçış yarışında iştirak edən 33 yaşlı bolqarıstanlı Sivia Danekovanın testində qadağan edilən “EPO” maddəsi aşkarlanıb. Nəticədə CAS hər iki idmançının “Rio-2016″dakı nəticələrini silib və akreditasiyalarını ləğv edib.
Qadınlar arasında 100 metr məsafəyə kəpənək və 50 metrə sərbəst üzmə yarışlarında çıxış edən Çin idmançısı Çen Xinyinin qanında isə “hydrochlorothiazide” maddəsi aşkarlanıb. 18 yaşlı idmançının akreditasiyası müvəqqəti olaraq ləğv edilib.
Qeyd edək ki, dopinq məsələlərini həll etmək üçün CAS-ın Rio-de-Janeyroda iki ofisi fəaliyyət göstərir.
Gununsesi.info